Hollandiya Erediviziyasında 2018/19 mövsümünün ən yaxşı futbolçusu müəyyənləşib.
Fanat.Az turnirin rəsmi saytına istinadən xəbər verir ki, “Ayaks”ın futbolçusu Frenki de Yonq, cari mövsümün ən yaxşısı seçilib.
De Yonq Erediviziyada 31 qarşılaşmada iştirak edərək, 4 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.
22 yaşlı yarımmüdafiəçi mövsümün sonunda “Barselona”ya keçəcək. Kataloniya təmsilçisi de Yonq üçün “Ayaks”a 75 milyon avro ödəyəcək.
Fanat.Az