"Yuventus”un superulduzu Kriştiano Ronaldo yeni baş məşqçi seçimi ilə bağlı klub rəhbərliyi ilə görüşüb.
Fanat.Az "Football İtalia”ya istinadən xəbər verir ki, portuqaliyalı söhbət zamanı öz mövqeyini ortaya qoyub. O, komandanı Karlo Ançelottinin çalışdırmasını istədiyini deyib.
Qeyd edək ki, 1999-2001-ci illərdə Turin klubunu çalışdıran Ançelotti Ronaldolu "Real”ın da baş məşqçisi olub. İtaliyalı mütəxəssisin hazırda çalışdırdığı "Napoli” ilə 2021-ci ilin yayına qədər müqaviləsi var.
Fanat.Az