Qazaxıstan Premyer Liqasında 11-ci turun oyunları keçirilir.
Fanat.Az-ın məlumatına görə, milli komandamızın qapıçısı Emil Balayevin şərəfini qoruduğu "Tobol" bu gün "Atırau"nu qəbul edib və 3:0 hesablı darmadağına sevinib.
Zədədən dönən Emil 90 dəqiqə "çərçivə"ni qoruyub.
Qeyd edək ki, 23 xala malik "Tobol" "Kaysar"la birgə 2-3-cü pillələri bölüşdürür.
Fanat.Az