"Spartak” hücumçusu Ze Luişə görə "Fənərbaxça”nın verdiyi 4 milyon avrodan imtina edib.
Fanat.Az "Futbol Arena”ya istinadən xəbər verir ki, Moskva təmsilçisinin rəhbərliyi rəsmi təklif göndərən "Fənər”ə, belə desək, "qiymət oxuyub”.
Ruslar İstanbul klubundan 15 milyon avro istəyib.
Ze Luiş bu mövsüm Rusiya çempionatında 23 oyuna çıxaraq 9 qol, 4 məhsuldar ötürmə ilə yadda qalıb.
Onun Moskva klubu ilə olan müqaviləsinin müddəti 2021-ci ilin yayına qədərdi.
Fanat.Az