Almaniya Bundesliqasında 2018/2019 mövsümünün qalibi müəyyənləşib.
Fanat.Az-ın məlumatına görə, bu, "Bavariya"dır. Münhen klubu son turda "Ayntraxt"a 5:1 hesabı ilə qalib gələrək 78 xalla ardıcıl 7-ci, ümumilikdə isə 29-cu dəfə ölkə çempionu olub. Komandanın qollarını Kinqsli Koman, Renato Sançes, Frank Riberi, Aryen Robben, David Alaba vurub.
Son turda Münhenqladbax "Borussiya"sına 2:0
hesabı ilə qalib gələn Dortmund "Borussiya"sı 76 xalla 2-ci pilləyə
yüksəlib. "Leyptsiq" isə 66 xalla 3-cü olub. Beləliklə,
"Bavariya", "Borussiya" (Dortmund), "Leyptsiq" və
4-cü olan "Bayer" (Leverkuzne) ÇL-də oynamaq hüququ qazanıb.
Münhenqladbax "Borussiya"sı (5-ci yer), "Volfsburq" (6-cı
yer) və "Ayntraxt" isə bəxtini Avroliqada sınayacaq.
Fanat.Az