Rusiya Premyer Liqasında 29-cu turun oyunları keçirilir.
Fanat.Az xəbər verir ki, azərbaycanlı futbolçu Azər Əliyevin formasını geyindiyi "Ufa” da növbəti matçına çıxıb.
Əliyevin komandası "Orenburq”u qəbul edib. Qonaqlar 2 cavabsız qol vuraraq evə qalib dönüb. Azərə gəlincə, soydaşımız 37-ci dəqiqədə meydana buraxılıb.
"Ufa” hazırda 26 xalla 16 iştirakçı arasında 14-cü pillədə qərarlaşıb.
Fanat.Az