Azərbaycanda 2018/19 mövsümü başa çatıb.
Fanat.Az-ın məlumatına görə, bu gün Naxçıvanda ölkə kubokunun final görüşü reallaşıb.
Naxçıvan Muxtar Respublikası stadionunda keçirilən qarşılaşmada "Qəbələ” ilə "Sumqayıt” üz-üzə gəlib. "Kimyaçılar" tarixində ilk dəfə final həyəcanı yaşayırdısa, "qırmızı-qaralar" 4-cü dəfə həlledici oyunda iştirak edib.
2013/14, 2016/17 və 2017/18 mövsümlərində finalda uduzan qəbələlilər nəhayət, titul arzusuna çatıb. Stiven Jozef Monrozun 4-cü dəqiqədə vurduğu qol nominal meydan sahiblərinə qələbə qazandırıb.
"Qəbələ" həm də gələn mövsüm növbəti dəfə Azərbaycanı Avropa Liqasında təmsil edəcək.
Azərbaycan Kuboku
Final
19 may
"Qəbələ” – "Sumqayıt” 1:0
Qol: Stiven Monroz, 4
Naxçıvan
Muxtar Respublikası stadionu. Hakimlər: İnqilab Məmmədov, Rahil Ramazanov,
Pərvin Talıbov, Səbuhi Bayramov
"Qəbələ”: 1. Anar Nəzirov, 34. Urfan Abbasov, 18. İlqar Qurbanov, 14. Cavid Hüseynov (k), 4. Elvin Camalov, 10. Rauf Əliyev, 3. Voislav Stankoviç, 21. Atakora Lalavele, 28. Stiven Monroz, 9. Davit Volkov, 27. Bəhlul Mustafazadə
Ehtiyat
oyunçular: 22. Dmitri Bezotosnı, 35. Murad Popov, 5. Rasim
Ramaldanov, 11. Asif Məmmədov, 8. Qismət Alıyev, 7. Roman Hüseynov, 98.
Rövlan Muradov, 33. Vüsal Məsimov, 6. Rüstəm Nuruyev, 77. Samir Qurbanov
Baş
məşqçi: Zaur Həşimov
"Sumqayıt”: 1. Mehdi Cənnətov, 4. Şəhriyar Əliyev, 21. Arif Daşdəmirov, 3. Vurğun Hüseynov (k), 99. Əli Babayev, 60. Elvin Məmmədov, 22. Əfran İsmayılov, 5. Adil Nağıyev, 8. Peyman Babayi, 15. Əmir Ağayev, 74. Yusif Nəbiyev
Ehtiyat
oyunçular: 12. Rəşad Əzizli, 13. Aydın Bayramov, 2. Rail
Məlikov, 17. Nicat Qurbanov, 7. Cavid Tağıyev, 34. Elvin Bədəlov, 70. Ülvi
İsgəndərov, 97. Xəyal Nəcəfov, 77. Murad Xaçayev, 18. Süleyman Əhmədov, 25.
Baxşəli Baxşəliyev, 49. İbrahim Əliyev
Baş
məşqçi: Ayxan Abbasov
Fanat.Az