Azərbaycan yığmasının hücumçusu Rüfət Dadaşovun formasını geyindiyi
"Proyssen" klubu baş məşqçisi Marko Antverpenlə yolları ayırıb.
Fanat.Az-ın Almaniya mətbuatına
istinadən məlumatına görə, 3-cü Bundesliqanın 38-ci turunun "Zvikkau" ilə oyunu (0:2) almaniyalı
mütəxəssis üçün sonuncu olub. Klub rəhbərliyi 47 yaşlı çalışdırıcının başa
çatan müqaviləsini yeniləməyib.
Qeyd edək ki, Antverpen 2017-ci ilin yayından"Proyssen"i
çalışdırırdı. Münster təmsilçisi bu mövsümü 8-ci yerdə bitirib
Fanat.Az