"Arsenal"
Avroliqanın finalında "Çelsi" ilə Bakıda keçiriləcək oyuna Danni
Uelbeki də gətirə bilər.
Fanat.Az-ın Britaniya mətbuatına istinadən məlumatına görə, zədəsini sağaldan ingiltərəli hücumçu kollektiv məşqlərə qatılır.
Onun həlledici qarşılaşmada forma geyinəcəyi
gözlənilir. Eyni zamanda, paytaxtımızdakı Avroliqa finalı 28 yaşlı forvardın
London klubunda son oyunu olacaq. "Topçular"ın baş məşqçisi Unay Emeri Uelbekin komandadan ayrılacağını təsdiqləyib.
Qeyd edək ki, mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək
"Arsenal" - "Çelsi" oyunu yerli vaxtla 23:00-da başlayacaq.
Fanat.Az