"Qarabağ"da gözlənilən ayrılıq rəsmiləşib.
Fanat.Az-ın məlumatına görə, Ağdam təmsilçisi Con Delarjı yola salıb.
Qış fasiləsində intizamsız hərəkətlərinə görə əvəzedici komandaya göndərilən konqolu futbolçu ilə razılıq əldə olunub. 28 yaşlı futbolçunun 2020-ci ilin yayında başa çatacaq müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verilib.
Delarj Türkiyənin "Bursaspor" klubundan transfer olunmuşdu.
Qeyd edək ki, "köhlən atlar” mövsüm başa çatandan sonra Yakub Jezniçak, İnnosent Emeqara və Reynaldo Silva ilə də iş birliyinə son qoyub.
Fanat.Az