"Mançester Siti"nin kapitanı Vensan Kompani "şəhərlilər"dən ayrılır.
Fanat.Az xəbər verir ki, informasiyanı MS-nin rəsmi
saytı yayıb. İngiltərə kubokubunun "Uotford"la dünən keçirilən
oyunu(6:0) belçikalı müdafiəçininMançester təmsilçisində sonuncu
matçı olub.
Qeyd edək ki, 2008-ci ildən "Mançester Siti"nin
formasını geyinən Kompani4 dəfə İngiltərə çempionu,2 dəfə İngiltərə
kuboku, 4 dəfəLiqa kuboku, 2 dəfə isə
İngiltərə Superkubokunun qalibi olub. 2011-ci ildən kapitanlıq sarğısını daşıyan 33 yaşlı futbolçu "Siti"də ümumilikdə 360 oyun keçirib və 20 qol vurub.
Fanat.Az