La Liqanın 38-ci turunda evdə "Betis”ə uduzan "Real” bu mövsüm çempionatda 12-ci yenilgisini alıb.
Fanat.Az-ın məlumatına görə, bundan daha pis nəticə 1973/74 mövsümündə qeydə alınıb. Həmin "futbol ili”ndə madridlilər 34 qarşılaşmanın 13-də yenilərək çempionatı 8-ci yerdə bitirmişdi.
Cari mövsüm 68 xal yığan "Real” Premyeranı turnir cədvəlinin 3-cü pilləsində bitirib.
Fanat.Az