"Qəbələ" baş məşqçisi Sənan Qurbanovla bağlı qərar verib.
Fanat.Az xəbər verir ki, rəhbərlik 38 yaşlı mütəxəssislə yola davam etmək qərarına gəlib. Beləliklə, "Qəbələ"ni yeni mövsümə Sənan Qurbanov hazırlayacaq.
Qeyd edək ki, Sənan Qurbanov 2018-ci ildən rəhbərlik etdiyi "Qəbələ" ilə 2018/19 mövsümündə Azərbaycan Kubokunu qazanıb.
Fanat.Az