"Zirə"dən ayrılan Kamal Bayramovun yeni iş yeri müəyyənləşib.
Fanat.Az xəbər verir ki, 34 yaşlı qapıçı karyerasını "Səbail"də davam etdirəcək. Kamal yeni klubu ilə tezliklə rəsmi müqavilə imzalayacaq.
Qeyd edək ki, Kamal 2015-ci ildən "Zirə"də çıxış edirdi. O, başa çatan mövsümdə 15 oyuna çıxıb. Qolkiper əvvəllər "Neftçi", "Muğan", "Turan", "Xəzər Lənkəran", "Rəvan", "Araz Naxçıvan" və AZAL-da çıxış edib.
Fanat.Az