"Arsenal” erməni futbolçusu Henrix Mxitaryanı Avropa Liqasının final oyunu üçün Bakıya gətirib-gətirməməklə bağlı qərarını bu gün açıqlayacaq.
Fanat.Az xəbər verir ki, bu barədə İngiltərənin "The Times” nəşri məlumat yayıb. İddiaya görə, London klubu Ermənistan millisinin üzvü ilə bağlı qərarını günün sonuna qədər elan edəcək.
Qeyd edək ki, bir neçə gün əvvəl AFFA-nın baş katibi Elxan Məmmədov "The Telegraph”a açıqlamasında Azərbaycanın dövlətinin Mxitaryanın Bakıya gəlişi ilə bağlı UEFA-ya zəmanət verdiyini açıqlayıb və təhlükəsizliyin təmin edilməsinə dair heç bir problemin olmadığını vurğulayıb.
Qeyd edək ki, "Arsenal” mayın 29-da Bakı Olimpiya Stadionunda baş tutacaq finalda Londonun digər təmsilçisi "Çelsi” ilə qarşılaşacaq.
Fanat.Az