"Arsenal” erməni futbolçusu Henrix Mxitaryanı "Çelsi" ilə keçirəcəyi Avropa Liqasının final oyunu üçün Bakıya gətirməyəcək.
Fanat.Az xəbər verir ki, London təmsilçisi bununla bağlı rəsmi saytı vasitəsi ilə açıqlama yayıb.
"Arsenal" futbolçunun özü və ailəsi ilə müzakirədən sonra onu Bakıya gətirməməyə qərar verdi. Biz UEFA-ya məktub yazıb, bu vəziyyət haqqında narahatlığımızı ifadə etdik. Henrix klubumuz üçün əsas oyunçudu. Buna görə bu, böyük itkidi. Çox kədərli vəziyyətdi. Çünki finallar futbolçunun karyerasında nadir hallarda olur" deyə klubun açıqlamasında bildirilir.
Qeyd edək ki, "Arsenal” mayın 29-da Bakı Olimpiya Stadionunda baş tutacaq finalda Londonun digər təmsilçisi "Çelsi” ilə qarşılaşacaq.