"İnter"in prezidenti Georgi Nikolov klubun rəsmi saytında yeni yazısı ilə oxucularının görüşünə gəlib. Fanat.az sizi həmin yazı ilə tanış edir:
"Başqalarını özgələrin səhvlərinə görə tənqid etmək yəqin davranışdı. Ən azı cavabında ağır söz eşidib, ardınca “yaxşısı budu özünə baxasan” ifadəsinə tuş gələrsən. Ümumiyyətlə, mən bu qaydanı gözləyirəm. Ancaq Azərbaycan futbolunun rəhbər orqanlarının qərarlarına münasibətdə bəzən öz heyrətimi saxlaya bilmirəm.
Bəli, söhbət yığmanın bu yaxınlarda Tallin və Bişkekə səfərlərindən gedir. Əlbəttə, belə qeyri-müasir görüşlərin keçirilməsinə dair müəyyən dəlillər var. Milli hər iki oyunda qalib gəlsəydi, əmsalını yüksəldib FIFA-nın dünya reytinqində yüksələ bilərdi. Ancaq hamının sevdiyi kimi desək, bu, futboldu. Qalib gələ bilmədik, yüksəlmədik və s. və i. Aşağı yuvarlanmasaq, yenə sağ olsunlar.
Bütün bunlar görəsən kimə lazım idi? Məgər aydın deyilmi ki, biz bununla milli çempionata zərər vururuq? Çempionat növbəti fasilədən sonra yenicə dövrə yığır. Komandalar normal oyun axarına düşüblər və birdən “əs-səlamü əleyküm”, yenə iki həftəlik fasilə. Sonra yığmanın məşqçi qərargahını yığma oyunçularının oyun təcrübəsinin azlığında məzəmmət edəcəklər. Çempionatın keçirilməsi və onun milli yığma proqramı ilə əlaqələndirilməsinin mürəkkəb mexanizm olduğu tək mənə aydın deyil. Burada fizioloji, kondisiya, psixoloji, idman-texniki, taktiki və təşkilati meyarlar zərgər dəqiqliyi tələb edir. AFFA və yığmada bütün mütəxəssislər bunu yaxşı bilir və pozuntuya yol verir. Belə də yazın: futbolçuların, komandaların, çempionatın oyun tempinin parçalanması.
İndi özlüyündə belə bir vəziyyəti təsəvvür edin: stayer 100 metr məsafəyə qaçışda iştirak üçün, marafonda öz qaçışını beş dəqiqə saxlayır. Sonra o, yolun qalan hissəsində qaçışına davam edir. Bu, məntiqsiz olduğu kimi, çempionatın qızğın çağında belə “fəal” fasilə də futbolçular üçün məntiqsizdi.
Belə bir sual: “warum?”, hələ də açıq qalır. Çünki Foqts “niyə?” sualını başa düşməyə də bilər".
Fanat.az