"Neftçi”nin futbolçusu Mamadu Kane 23 yaşadək futbolçulardan ibarət Qvineya milli komandasının düşərgəsinə qoşulub.
Fanat.Az paytaxt təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, 22 yaşlı yarımmüdafiəçi iyunun 6-dək yığmanın təlim-məşq toplanışında olacaq.
Qeyd edək ki, Kane bu ilin yanvarında Qvineyanın "Kalum" klubundan "Neftçi"yə transfer olunub. 22 yaşlı yarımmüdafiəçi Premyer Liqada 9 oyuna çıxaraq 523 dəqiqə oynayıb.
Fanat.Az