"Səbail" ilk yay transferini həyata keçirib.
Fanat.Az klubun rəsmi "Facebook" səhifəsinə istinadən xəbər verir ki, "Zirə"dən ayrılan qapıçı Kamal Bayramovla müqavilə bağlanılıb. Sözləşmə gələn mövsümün sonunadək nəzərdə tutulub.
Qeyd edək ki, "Səbail" 2018/19 mövsümündə Premyer Liqanın bürünc medalçısı kimi tarixində ilk dəfə Avropa Liqasına vəsiqə qazanıb.
Fanat.Az