İspaniya La Liqasında 2018/19 mövsümünün rəmzi komandası açıqlanıb.
Fanat.Az xəbər verir ki, "Marca” nəşrinin azarkeşlər arasında keçirdiyi səsvermə nəticəsində müəyyənləşən rəmzi 11-likdə "Barselona”dan 4 futbolçu yer alıb.
Komandaya "Atletiko"dan 2 , "Xetafe", "Sevilya", "Valensiya", "Selta" və "Real"dan bir futbolçu düşüb.
Qapıçı: Yan Oblak ("Atletiko”)
Müdafiəçilər: Cene Dakonam ("Xetafe”), Jerar Pike, Xordi Alba ("Barselona”)
Yarımmüdafiəçilər: Pablo Sarabia ("Sevilya”), Dani Parexo ("Valensiya”), Rodri ("Atletiko”), İvan Rakitiç ("Barselona”)
Hücumçular: Yaqo Aspas ("Selta”), Kərim Benzema ("Real”), Lionel Messi ("Barselona”)
Fanat.Az