Atasının komandasına qol vuran futbolçu ağladı - VİDEO
Venesuella çempionatında maraqlı hadisə baş verib.
Fanat.Az xəbər verir ki, atasının komandasına qol vuran futbolçu ağlayıb. Hadisə "Puerto Kabelyo" - "Deportivo Takira" oyununda baş verib.
2:2 hesabı ilə başa çatan qarşılaşmanın əlavə dəqiqələrində qonaq komandadan Cankarlo Maldonado fərqlənərək hesabı bərabərləşdirib. Komandasına bir xal qazandıran futbolçu sevinmək əvəzinə ağlayıb. Buna səbəb rəqib komandanı onun atası Karlos Maldonadonun çalışdırması olub. Belə ki, bu nəticədən sonra "Puerto Kabelyo" pley-off mərhələsinə vəsiqə qazana biləyib.