Ruslan Əmircanovun 2019/20 mövsümündə oynayacağı klub müəyyənləşib.
Aut.az-ın əldə etdiyi məlumata görə, 34 yaşlı müdafiəçi karyerasını "Keşlə"də davam etdirəcək. Millimizin sabiq üzvü Bakı klubu ilə müqavilə müddətini bir illik uzadıb.
Qeyd edək ki, 2012-2014 və 2015-2016-cı illərdə "Keşlə"də (həmin vaxt "İnter") oynayan Əmircanov ötən il yenidən bu komandaya qayıdıb.
Fanat.Az