PSJ-nin forvardı Neymar komandanın dünən keçirilən son məşqində iştirak etməyib.
Fanat.Az xəbər verir ki, hücumçu baş məşqçi Tomas Tuxelin icazəsi olmadan Braziliyaya yollanıb.
"Neymara mən icazə verməmişəm. Yəni onun burada olmaması hansısa futbolla bağlı qərarın nəticəsi deyil", - deyə alman mütəxəssis bildirib.
Neymarın adı Braziliya millisinin Amerika Kuboku üçün açıqlanan heyətinə daxil edilib.
PSJ bu gün Liqa 1-də mövsümün son matçını keçirəcək. Neymarın diskvalifikasiya səbəbindən oyunu qaçıracağı məlum idi.
Fanat.Az