"Real"ın kapitanı Serxio Ramos komandanı tərk etmək istəyir.
Fanat.Az xəbər verir ki, bu barədə "El Chiringuito" verilişinin efirində jurnalist Xuanfe Sans məlumat verib. Onun sözlərinə görə, Ramos cari mövsümdə klub daxilində baş verən bəzi hadisələr səbəbindən "Real"dan ayrılmaq fikrinə düşüb.
Daha əvvəl "Mançester Yunayted" və PSJ ispan futbolçunun xidmətində maraqlı olsalar da, rədd cavabı almışdılar. "Marca"nın xəbərinə görə, bu səfər hadisələr tamamilə fərqli şəkildə cərəyan edə bilər.
Ramos indilik yekun qərarı barədə klub rəhbərliyini məlumatlandırmayıb.
Fanat.Az