İspaniya Sequndasında 40-cı turun oyunları keçirilir.
Fanat.Az xəbər verir ki, milli komandamızın üzvü Eddi İsrafilovun çıxış etdiyi "Alkorkon” səfərdə "Almeriya" ilə qarşılaşıb. Oyunda hesab açılmayıb.
Eddi İsrafilov meydana start heyətində çıxıb. Millimizin üzvü 47-ci dəqiqədə əvəzlənib.
Qeyd edək ki, "Almeriya" 56 xalla 9-cu, "Alkokron" 52 xalla 12-cidi. Turnir cədvəlinə 81 xalla "Osasuna" başçılıq edir.
Fanat.Az