"Çelsi" Avropa Liqasının Bakıda keçiriləcək finalından öncə ciddi itki ilə üzləib.
Fanat.Az "The Guardian"a istinadən xəbər verir ki, komandanın aparıcı üzvlərindən Nqolo Kante son məşqlərdən birində dizindən zədə alıb. Fransa millisizinin yarımmüdafiəçisinin zədəsi ciddidi və böyük ehtimalla final matçını buraxacaq.
Qeyd edək ki, mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək görüşdə Kallum Hadson-Odoi və Ruben Loftus-Çik də zədə sbəbindən oynamayacaq.
Fanat.Az