00:50 30.05.2019 2607

Bakıda 5 qolluq London derbisi: "Arsenal" yenə kuboka həsrət qaldı

Avropa Liqasında 2018/19 mövsümünə yekun vurulub.

Fanat.Az xəbər verir ki, final qarşılaşması Bakı Olimpiya Stadionunda keçirilib. Həlledici görüşdə azarkeşlər möhtəşəm London derbisinə şahidlik edib. İngiltərənin iki nəhəng komandası - "Çelsi" və "Arsenal" paytaxtımızda münasibətlərinə aydınlıq gətirib.

"Çelsi" rəqibdən fərqli, Çempionlar Liqasına (ÇL) vəsiqə qazandığından, "Arsenal" üçün Avropa Liqasının qalibi olmaq ikiqat əhəmiyyət kəsb edirdi. Çünki Unay Emerinin yetirmələri yalnız bu yolla gələn mövsüm ÇL-də iştirak hüququ qazanacaqdı. Bununla Emeri həm də tarixə düşə bilərdi. "Sevilya" ilə 3 dəfə Avropa Liqasının qalibi olan ispaniyalı mütəxəssis Bakıdan eyni nailiyyətlə ayrıla bilsə, turnirin 4 qat qalibi olacaq və yeni rekorda imza atacaqdı.

Lakin bu baş verməyib və Emeri rekorda imza atmaq şansını boşa verib. İlk yarısı qolsuz bərabərliklə başa çatan finalın ikinci hissəsində 5 qol vurulub və "Çelsi" 4:1 hesablı qələbə ilə kuboka sahib çıxıb.

Bununla da "Arsenal"ın Avropada kubok həsrəti 26 ilə yüksəlib. "Topçular" sonuncu dəfə 1993/94 mövsümündə Kuboklar Kubokuna sahib çıxaraq avrokuboklarda uğur əldə ediblər. "Çelsi" isə qitəmiqyaslı yarışlarda sonuncu dəfə 2012/13 mövsümündə sevinib. Komanda həmin mövsüm Avropa Liqasının qalibi olub.
 
Avropa Liqası
2018/19 mövsümü
Final

29 may
Çelsi (İngiltərə) - Arsenal (İngiltərə) 3:0
Qollar: Oliviye Jiru, 49 (ötürmə - Emerson Palmieri)Pedro Rodriges, 60 (ötürmə - Eden Hazard). Eden Hazard, 65-pen; 72 (ötürmə - Oliviye Jiru) Aleks İvobi, 69.
Çelsi: 1. Kepa Arrisabalaqa, 5. Jorjinyo, 7. Nqolo Kante, 10. Eden Hazard (21. David Zappakosta, 89), 11. Pedro Rodriges (22. Villian, 71), 17. Mateo Kovaçiç (8. Ross Barkli, 76), 18. Oliviye Jiru, 27. Andreas Kristiensen, 28. Sezar Aspilikueta (k), 30. David Luis, 33. Emerson Palmieri.
Ehtiyat oyunçular: 13. Villi Kabalyero, 52. Ceymi Kamminq, 3. Markos Alonso, 9. Qonzalo Hiquayn, 24. Harri Kehill, 44. Etan Ampadu, 51. Konor Qallaher, 55. Corc Makikran.
Baş məşqçi: Mauritsio Sarri.
Arsenal: 1. Petr Çex, 5. Sokratis Papastatopulos, 6. Loran Koselni, 9. Aleksandr Lyakezett, 10. Məsut Özil (59. Co Uillok, 77), 11. Lukas Torreyra (17. Aleks İvobi, 66), 14. Pyer-Emerik Obameyanq, 15. Enzli Meytlend-Naylz, 18. Naço Monreal (29. Matteo Qenduzi, 66), 31. Sead Kolaşinats, 34. Qranit Caka. 
Ehtiyat oyunçular: 19. Bernd Leno, 44. Deyan İliev, 4. Məhəmməd Elneni, 12. Stepan Lixtştayner, 20. Şkodran Mustafi, 23. Danji Uelbek 25. Karl Cenkinson, 49. Eddi Nketia, 87. Bukayo Saka.
Baş məşqçi: Unay Emeri.
Sarı vərəqələr: Pedro Rodriges, 56. Andreas Kristiensen, 68.
Hakimlər: Canluka Rokki, Filippo Meli, Lorentso Manqanelli, Daniel Orsato (İtaliya).
Bakı Olimpiya Stadionu.

Fanat.Az
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

16 May 2025
20:17

"Sumqayıt" "Turan Tovuz"la oyuna neçə itki ilə çıxacaq? - AÇIQLAMA

19:51

"Bu mövsüm komandada daha böyük rol oynadım" - Rafinya

19:14

"Kəpəz"in "Qarabağ"la oyun ərəfəsində zədəlisi olmasa da...

18:50

"Barselona" tarixində Pedri kimisi olmamışdı - Messinin rekordu qırıldı

18:13

Qadınlar arasında 3x3 Basketbol Liqasının ikinci mərhələsinin qalibi bilindi

17:49

"Sumqayıt"ın kapitanı karyerasını bitirir - RƏSMİ

17:29

Kamal Umudluya UEFA-dan növbəti təyinat

17:11

"Turan Tovuz" "Sumqayıt"a qarşı 4 itki ilə mübarizə aparacaq -AÇIQLAMA

16:56

"Sevilya" AL-in ikiqat qalibi ilə vidalaşacaq

16:38

Qaxda yeni cüdo zalı fəaliyyətə başladı

16:20

Fernandeş Ronaldunun rekordunu təkrarladı

16:02

"Atletik" 11 ildən sonra ÇL-də oynayacaq

15:44

"Santos" büdcəsinin 25 faizini Neymara xərcləyir - Ulduz oyunçu nə qədər qazanır?

15:26

"Yuventus" rəhbərliyi portuqaliyalı hücumçu ilə bağlı qərarını qətiləşdirdi

15:08

Joan Laporta Flikin postunda qalıb-qalmayacağını açıqladı

14:50

"Braziliyaya Ançelotti kimi böyük bir ad lazım idi" - Kazemiro

14:32

"O, bütün dövrlərin ən yaxşı futbolçusudur, amma..." - Lamin Yamal

14:13

"Sabah" Rusiyada finala çıxdı

13:54

AFFA niyə süni qazondan əl çəkmir? - ARAŞDIRMA

12:51

Müstəqillik gününə həsr olunan turnirin qalibləri mükafatlandırıldı

12:33

ABF-nin nümayəndə heyəti Bəhreyndəki konqresə qatıldı

12:14

Azərbaycanın 2 güləşçisi İranda medal qazandı

11:55

Flik çempionluq təəssüratlarını bölüşdü - "Gələn mövsüm daha böyük uğur əldə edə bilərik"

11:36

Qalmaqal: FİFA prezidenti konqresə 3 saat gecikdi, UEFA sərt bəyanat yaydı

11:17

Abrahamın "Milan"dakı aqibətinə aydınlıq gəldi

10:58

Ançelottinin ayağı Braziliyaya düşmədi - Məhkəmə onu milliyə təyin edən prezidenti vəzifəsindən uzaqlaşdırdı

10:40

Lamiyə Vəliyeva Özbəkistanda bürünc medal qazandı

10:21

Lamin Yamal İspaniya futbolunun tarixinə düşdü

10:03

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:44

Bakıda V Autizm Festivalı keçiriləcək

09:23

Elmar Baxşıyev 5 futbolçusunu "Şamaxı"ya qarşı oynada bilməyəcək - ADLAR

09:00

Messi "Barselona"nı təbrik etdi - FOTO

01:50

La Liqa: "Barselona" derbini qazanaraq 28-ci çempionluğuna qovuşdu

01:33

Benzemalı "Əl-İttihad" sona 2 tur qalmış çempion oldu

15 May 2025
23:57

Azərbaycanın U-18 millisi də B divizionunda yarışacaq

23:20

"Çelsi" baş məşqçisi ilə bağlı qərarını verdi

22:57

Yüksək Liqa: “Araz-Naxçıvan”la “Baku Fire”dən böyükhesablı qələbə

22:18

Konseysau da "Milan"dan gedir, o da - Qərar verildi

21:50

"İmişli"nin "ASCO Arena" istəyi baş tutmadı - AÇIQLAMA

21:11

MPL: 35-ci turun təyinatları açıqlandı

Facebookdan bizi izləməyi unutmayın.
X