2018-ci ilin ən yaxşı futbolçusu Luka Modriç Bakıya gəlib.
Fanat.Az-ın məlumatına görə, Xorvatiya millisinin və "Real"ın yarımmüdafiəçisi bu gün Bakı Olimpiya Stadionunda İngiltərənin "Arsenal" və "Çelsi" arasında keçiriləcək Avropa Liqasının final matçını izləyəcək.
Onunla yanaşı, sabiq məşhurlar - portuqaliyalı Deku və Luiş Fiqu, fransalı Rober Pires və rusiyalı Andrey Arşavin də ölkəmizin paytaxtına təşrif buyurub.
Qeyd edəkki, oyun saat 23:00-da başlayacaq.
Fanat.Az