Almaniyanın "Verder” klubu 21 yaşlı müdafiəçi alıb.
Fanat.az klubunsaytına istinadən xəbərverir ki, Bundesliqa təmsilçisi "Bavariya”dan Marko Fridli transfer edib.Gəncinmüqavilə şərtləri açıqlanmayıb.
Qeyd edək ki, "Bavariya”nın yetirməsi olan avstriyalı futbolçu 2018-ci ilin yanvarından icarə əsasında "Verder”də çıxış edirdi. Fridl 21 yaşadək futbolçulardan ibarət Avstriya millisinə də dəvət alır.
Fanat.Az