"Bakı finala tamamilə hazırdır. Hər şey yaxşı səviyyədə təşkil edilib".
Bunu UEFA prezidenti Aleksandr Çeferin Bakıda təşkil edilən mətbuat konfransında deyib.
Sloveniyalı funksioner daha sonra jurnalistlərin suallarını cavablandırıb:
- Dünən Bakıda Henrik Mxitaryan formasında azarkeş saxlanılıb...
- Mən yalnız konfransdan sonra xəbər tutmuşam. Bitdikdən sonra ətraflı məlumat veriləcək.
- Londondan Bakıya məsafə uzaqdır. Düşünmürsünüz ki, bu azarkeşlər üçün problemdir?
- Məsafə ilə götürsək, Bakıdan Dublinə də uzaqdır. Futbolun xəritəsini genişləndirmək lazımdır. Mən belə şeylərə qarşıyam. Futbol üçün məsafə olmamalıdır.
- Ermənistan mətbuatı yazır ki, Mxitaryan Azərbaycan üzərinə diplomatik hücum təşkil edə bildi və artıq estafeti erməni diplomatlara ötürüb. Siz bu barədə nə deyə bilərsiniz?
- Bu məsələni şərh etmək istəmirəm. Erməni mətbuatının yazdığı məni maraqlandırmır. Azərbaycan dövləti bütün təminatları verdi. Mxitaryanın şəxsi qərarı idi bura gəlməmək. Heç bir problem görünmürdü.("Report")
Fanat.Az