"İnter"in baş məşqçisi Luçano Spalletti postunu tərk edib.
Milan klubu xəbəri təsdiqləyib. Spalletti 2017-ci ildən etibarən "İnter"i çalışdırırdı. "Göy-qaralar" onun rəhbərliyi altında hər iki mövsümdə İtaliya A Seriyasını dördüncü sırada bitirərək, Çempionlar Liqasına vəsiqəni təmin etmişdilər.
Yaxın günlərdə "İnter"in baş məşqçi postunu Antonio Konteyə həvalə edəcəyi gözlənilir.