"Başakşəhər" baş məşqçisi Abdullah Avcı ilə yollarını ayırıb.
Fanat.Az xəbər verir ki, bu barədə İstanbul klubunun rəsmi saytı məlumat yayıb.
"Başakşəhər" futbol klubu yarandığı gündən komandanın baş məşqçisi olan, prezidentimiz Göksel Gümüşdağın 13 illik iş yoldaşı və dəyərli dostu Abdullah Avcı ilə aparılan danışıqlar sonrası onun istəyi ilə müqaviləsi qarşılıqlı razılıq əsasında pozulub" deyə açıqlamada bildirilir.
Türkiyə mətbuatının məlumatına görə, Abdullah Avcı "Beşiktaş"la anlaşıb. İstanbul klubunun bununla bağlı açıqlama yayması gözlənilir. Tərəflər 3 illik müqavilə imzalayacaq.
Fanat.Az