"AVRO-2020"nin seçmə oyunlarına hazırlığını Bakıda davam etdirən futbol üzrə Azərbaycan millisinin heyətində dəyişiklik olub.
Fanat.Az xəbər verir ki, klubunun son matçında zədələnən və həkim müayinəsinin nəticəsinə əsasən 4 həftə oynamayacaq Eddi İsrafilov millinin toplanışında iştirak edə bilməyəcək. Komandaya əlavə futbolçu dəvət olunmayacaq və milli rəsmi oyunlara hazırlığını 26 futbolçu ilə davam etdirəcək.
Qeyd edək ki, Azərbaycan millisi iyunun 8-də Macarıstan, iyunun 11-də Slovakiya yığması ilə qarşılaşacaq. Hər iki görüş "Bakcell Arena"da keçiriləcək.
Fanat.Az