Yay hazırlığını Antalyada keçirəcək "Neftçi"nin yoxlama görüşü keçirəcəyi daha bir rəqibi müəyyənləşib.
Fanat.Az xəbər verir ki, paytaxt təmsilçisi Rusiyanın "SKA-Xabarovsk" klubu ilə qarşılaşacaq. Bu barədə məlumatı Rusiya Milli Liqasında çıxış edən klubun rəsmi saytı yayıb. Oyun iyunun 19-da baş tutacaq.
Qeyd edək ki, "Neftçi" Antalyada yoxlama 3 oyun keçirəcək. "Ağ-qaralar" iyunun 30-da Ukraynanın "Vorskla" klubu ilə qarşılaşacaq.
Fanat.Az