Sabah əsas və 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milliləri üz-üzə gələcək.
Fanat.Az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, qarşılaşmanı idarə edəcək hakimlər müəyyənləşib.
Belə ki, saat 19:00-da start götürəcək görüşü Etibar Həsənov, Zöhrab Abbasov, Teymur Teymurov və Nicat İsmayılovdan ibarət hakimlər briqadası idarə edəcək.
Oyun "Dalğa Arena”da keçiriləcək.
Fanat.Az