AFFA-nın İcraiyyə Komitəsinin növbəti iclasının vaxtı açıqlanıb.
Fanat.Az xəbər verir ki, toplantı iyunun 3-də "Dalğa Arena”nın ərazisində yerləşən Milli Komandaların Məşq Bazasında başa tutacaq. İclasın gündəliyinə iki mövzu daxil edilib.
Bunlar I Divizion və Premyer Liqa ilə bağlı Lisenziyalaşdırma Komissiyasının hesabatı və digər məsələlərdir.
Fanat.Az