Emil Balayevdən daha bir uğurlu oyun: penaltini dəf etdi - VİDEO
Qazaxıstan Premyer Liqasında növbəti turun oyunları keçirilib.
Fanat.Az xəbər verir ki, Azərbaycan millisinin qapıçısı Emil Balayevin çıxış etdiyi "Tobol" komanda doğma azarkeşlər önündə "Şaxtyor"la (Karaqanda) qarşılaşıb. Matç meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Meydana start heyətində çıxan Emil 73-cü dəqiqədə komandasını real qoldan xilas edib. O, rəqibin futbolçusu Marat Şaxmetovun penalti zərbəsini dəf edib.
Qeyd edək ki, "Topol" 13 oyundan sonra 29 xalla ikinci pillədə qərarlaşıb. İki oyun çox keçirən "Astana" isə 32 xalla birinci sıradadı.