Bu gün Çempionlar Liqasının qalibi müəyyənləşib.
Fanat.Az xəbər verir ki, qitənin bir nömrəli klub turnirinin finalında İngiltərənin "Tottenhem” və "Liverpul” komandaları qarşılaşıb.
Hər iki kollektiv həlledici matça yarımfinalda geri dönüş edərək yüksəlmişdi. "Tottenhem" evdə 0:1 hesabı ilə məğlub olduğu Hollandiya "Ayaks"ını səfərdə 3:2 hesabı ilə üstələmişdi. "Liverpul" isə ilk görüşdə səfərdə İspaniya "Barselona"sına 0:3 hesabı ilə uduzsa da, doğma azarkeşləri önündə katalonların qapısından 4 cavabsız top keçirmişdi.
İspaniyanın paytaxtı Madriddəki "Vanda Metropolitano" stadionunda təşkil olunan görüş yarışın 64-cü finalı olub.
Son dəfə ötən mövsüm turnirin finalında Madrid "Real"ı ilə münasibətlərinə aydınlıq gətirən və 1:3 hesabıyla yenilən "qırmızılar" bu gecə 2 cavabsız qol vuraraq arzusuna çatıb.
Çempionlar Liqası
2018/19 mövsümü
Final
Tottenhem (İngiltərə) - Liverpul (İngiltərə) 0:2
Qol: M. Salah, 2 - pen. , D. Orige, 87
Hakimlər: Damir Skomina, Yure Praprotnik, Robert Vukan, Mateo Laos (Sloveniya).
VAR hakimləri: Danni Makkeli, Pol van Bukel Feliks Tsvayer (Sloveniya).
VAR-da oyundan kənar vəziyyət hakimi: Mark Borş (Sloveniya).
Madrid. "Vanda Metropolitano" stadionu.
"Tottenhem" (İngiltərə): 1. Uqo Lyoris (k), 2. Kiran Trippier, 3. Denni
Rouz, 4. Tobi Alderveyreld, 5. Yan Vertongen, 7. Hun Min Son, 8. Harri Uinks,
10. Harri Keyn 17. Mussa Sissoko, 20. Dele Alli, 23. Kristian Eriksen
Ehtiyat
oyunçular: 13. Maykl Vorm,
22. Paulo Qazzaniqa, 6. Devinson Sançes, 11. Erik Lamela, 12. Viktor Vanyama,
15. Erik Dayer, 16. Kayl Uolker-Peters, 18. Fernando Lyorente, 21. Juan Foit,
24. Serje Oyer, 27. Lukas Moura, 33. Ben Deyvis
Baş
məşqçi: Mauritsio
Poçettino
"Liverpul"
(İngiltərə): 13.
Alisson Beker, 3. Fabinyo, 4. Vircil va Deyk, 5. Corcino Veynaldum, 9. Roberto
Firmino, 10. Sadio Mane, 11. Məhəmməd Salah, 14. Cordan Henderson (k), 26.
Endryu Robertson, 32. Joel Matip, 66. Trent Aleksander-Arnold
Ehtiyat oyunçular: 22. Simon Minyole, 62, Kyuvin Kelleher, 6. Deyan
Lovren, 7. Ceyms Milner, 12. Co Qomes, 15. Daniel Starric, 18. Alberto Moreno,
20. Adam Lallana, 21. Aleks-Oksleyd Çamberlayn, 23. Xerdan Şakiri, 24. Rian
Bryuster, 27. Divok Origi
Baş məşqçi: Yurgen
Klopp
Fanat.Az