"Qəbələ” yarımmüdafiəçi Cavid Hüseynovla yolları ayırıb.
Fanat.Az xəbər verir ki, 31 yaşlı futbolçu 2019-2020-ci illər mövsümündən "qırmızı-qaralar”ın formasını geyinməyəcək. O, "Zirə” ilə anlaşıb. Hüseynov 2 illik müqaviləyə qol çəkib.
"Qəbələ”nin heyətində 2014/15 mövsümündə debüt edən yarımmüdafiəçi keçirdiyi 117 oyunda 20 qol vurub. Futbolçu keçirdiyi 117 matçdan 72-də meydana komandanın kapitanı kimi çıxıb.
Fanat.Az