Braziliya milli komandasının və PSG-nin ulduzu Neymar zorlamada ittiham edilir.
Fanat.Az Sky News-a istinadən xəbər verir ki, adının açıqlanmasını istəməyən qadının iddiasına görə, Neymarla "Instagram"da tanış olub və futbolçu ona Parisdə hoteldə təcavüz edib. Hadisə zamanı Neymar içkili olub.
Qadının sözlərinə görə, hadisə mayın 15-də Fransa paytaxtında yerləşən otellərin birində baş verib. Eyni zamanda, qız Braziliyada da artıq ərizə vediyini və başqa bir ölkədə polisə getməkdən qorxduğunu deyib.
Ulduz futbolçu məsələ ilə bağlı "Instagram"da 7 dəqiqəlik video paylaşıb və iddianı rədd edib.
Qeyd edək ki, polis apellyasiya şikayətini təsdiqləyib, lakin bu məsələ ilə bağlı rəsmi şərh verməkdən imtina edib.
Fanat.Az