"Çükur" serialında Salih Koçovalı (Vartolu Sadettin) obrazını canlandıran aktyor Erkan Kolçak Köstendil serial sezon finalına çıxan kimi futbola geri dönüb.
Fanat.Az xəbər verir ki, 36 yaşlı aktyor "Vəfaspor"un məşqinə qatılıb. Klubun bazasını ziyarət edən Erkan Kolçak məşqdə iştirak edərək yenidən qapıçı əlgəklərini geyinib. Klub onun fotolarını sosial mediada paylaşıb.
Qeyd edək ki, Erkan Kolçak "Bursaspor"un aşağı yaş qruplarında qapıçı olub.
Fanat.Az