Türkiyənin tanınmış gözəllərindən olan Eda Taşpınar özünə yeni sevgili tapıb.
Fanat.Az xəbər verir ki, o, hazırda keçmiş basketbolçu Kərəm Tunçəri ilə birlikdədi. Onlar artıq bir aydı görüşürlər.
Eda Taşpınar sonuncu dəfə İngiltərədə yaşayan amerikalı ayaqqabı dizayneri Roy Luvoltla birlikdə olub. Onlar 3 il sevgili olublar.
Qeyd edək ki, Kərəm Tunçəri karyerası ərzində Türkiyənin "Qalatasaray", "Efes Pilsen", "Ülkerspor", "Beşiktaş", "Anadolu Efes", "Türk Telekom", "Acıbadem Universiteti", İspaniyanın "Real" və Rusiyanın "Triumf Lyubertsi" klublarında çıxış edib.
Fanat.Az