Fransa millisi yoldaşlıq oyununda qüvvəsini sınayıb.
Fanat.Az xəbər verir ki, "AVRO-2020"nin seçmə mərhələsinin matçlarına hazırlaşan son dünya çempionları Boliviya seçməsi ilə qarşılaşıb. Didye Deşamın rəhbərlik etdiyi kollektiv rəqibinə 2:0 hesabı ilə qalib gəlib. Qollara Tomas Lemar və Antoine Qrizmann imza atıb.
Qeyd edək ki, seçmə mərhələdə iyunun 8-də səfərdə Türkiyə ilə qarşılaşacaq Fransa millisi 3 gün sonra Andorranın qonağı olacaq.
Fanat.Az