FİFA referisi Rəhim Həsənov növbəti beynəlxalq təyinatını alıb.
Fanat.az xəbər verir ki, onun başçılıq etdiyi hakimlər briqadası San Marinoya yollanacaq.
O, 21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsinin 4-cü qrupunun San Marino – Litva oyununun baş hakimi olacaq.
Rəhim Həsənova bu işdə Namiq Hüseynov və Mübariz Haşımov kömək edəcəklər. Dördüncü hakim funksiyasını Orxan Məmmədov yerinə yetirəcək.
Görüş iyunun 5-də "Serravalle" stadionunda baş tutacaq.
Fanat.az