2019 və 2020-ci illərdə futbol üzrə klublararası dünya çempionatına ev sahibliyi edəcək ölkə müəyyənləşib.
Fanat.Az xəbər verir ki, yarış ardıcıl iki il Qətərdə keçiriləcək. Bu 2022-ci il ölkədə keçiriləcək dünya çempionatına hazırlıqların bir hissəsi olacaq.
Qeyd edək ki, 2017 və 2018-ci ildəki yarış BƏƏ-də keçirilib. Klublararası dünya çempionatı hər ilin dekabrında 7 komandanın iştirakı ilə təşkil olunur. 2021-ci ildən isə iştirakçıların sayı 7-dən 24-dək artacaq. Onlardan 8-i UEFA, 6-sı Cənubi Amerika Futbol Konfederasiyası (CONMEBOL), hər biri üç təmsilçi olmaqla, Mərkəzi Amerika və Karib hövzəsi ölkəri Futbol Konfederasiyası (CONCACAF), Afrika Futbol Konfederasiyası (CAF) və Asiya Futbol Konfederasiyasını (AFC), bir komanda isə Okeaniya Futbol Konfederasiyasını (OFC) təmsil edəcək. Yeni formata görə turnir hər 4 ildən bir yay aylarında baş tutacaq.
Fanat.Az