"Leypziq” baş məşqçisi Ralf Ranqniklə yollarını ayırıb.
Fanat.Az xəbər verir ki, bu barədə Bundesliqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.
60 yaşlı mütəxəssisin müddəti bitən müqaviləsi yenilənməyib. 2015-ci ildən "Leypziq”i çalışdıran Ranqnik bundan sonra klubda məsləhətçi kimi işləyəcək.
Qeyd edək ki, geridə qalan mövsüm Bundesliqada 3-cü yeri tutan "Leypziq" Çempionlar Liqasına vəsiqə qazanıb.
Fanat.Az