AVRO-2021-in seçmə mərhələsi çərçivəsində keçiriləcək Lixtenşteyn – Azərbaycan oyununu idarə edəcək hakimlər briqadası müəyyənləşib.
Fanat.Az xəbər verir ki, matçın taleyi şimali irlandiyalılara tapşırılıb. Referi Tim Marşalla yan xətt hakimləri – Pol Robinson və Stiven Donaldson yardım edəcək. Dördüncü hakim funksiyasını isə Şeyn Endryus yerinə yetirəcək.
Qeyd edək ki, "Şportpark Eşen-Mauren” stadionunda keçiriləcək görüş sabah, Bakı vaxtı ilə 21:00-da başlayacaq.
Fanat.Az