"Fiorentina”nın yarımmüdafiəçisi Federiko Kieza "Yuventus”la razılığa gəlib.
Fanat.Az İtaliya mətbuatına istinadən xəbər verir ki, Turin klubu 21 yaşlı futbolçuya 5 illik müqavilə təklif edib. Keçid reallaşsa, gənc oyunçu ildə 10 milyon avro maaş alacaq.
Maraqlıdır ki, "Fiorentina” 2 gün öncə Kiezanın klubda qalacağı ilə bağlı rəsmi açıqlama yayıb.
Fanat.Az