Kurban Berdıyev "Rubin”in baş məşqçi postundan istefaya göndərilib.
Fanat.Az xəbər verir ki, türkmən mütəxəssisin yola salındığı haqda xəbəri "Biznes online” yayıb.
Mənbəyə inansaq, rəhbərlik və Tatarıstan klubunun sponsorları qərarı bu gün səhər saatlarında verib. Səbəb kimi ildə 3 milyon avro məvacib alan çalışdırıcının rəhbərliyi altında sərgilənən futbolun və nəticələrin "yuxarılar”ı qane etməməsi göstərilib.
Qeyd edək ki, "Rubin” çempionatı turnir cədvəlinin 11-ci pilləsində bitirib. 2001-2013 aralığında "tatarlar”ı çalışdıran Berdıyev 4 illik fasilədən sonra əvvəlki işinə qayıtmışdı.
Fanat.Az