"Arsenal”ın futbolçusu Pyer-Emerik
Obameyanq başgicəlləndirici təklif qarşısında duruş gətirə bilməyib.
Fanat.Az "The Times" nəşrinə istinadən xəbər
verir ki, Çinin "Quançjao Everqrand" və "Şanxay SIPG"
klubları qabonlu hücumçusu transfer etmək istəyir. Super Liqa təmsilçisləri
futbolçuya həftəlik 300 min funt-sterlinq maaş ödəməyə hazırdı. London klubunda həftəlik
qazancı 190 min funt-sterlinq olan 29 yaşlı ön xətt oyunçusu getməkdə qərarlıdır.
2018-ci ildə "Borussiya"dan alınan forvard ötən
mövsüm çıxdığı 51 oyunda 31 qolla yadda qalıb.
Maraqlıdır ki, sözügedən oyunçu artıq "Arsenal”ı instaqramdakı səhifəsindən silib.
Fanat.Az